ABŞ höküməti üçün işləyən məhkəmə-tibb ekspertləri 30 ilə yaxın müddət ərzində yüzlərlə cinayət işi üzrə yalan rəylər hazırlayıb veriblər.
ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə "Washington Post" qəzeti çıxış edib.
Qəzet yazır ki, bunu ABŞ Ədliyyə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti etiraf ediblər.
Belə ki, cinayət hadisəsi törədilən yerdə aşkar edilmiş tüklərin təhqiqi barədə nəticələr ittiham tərəfilə razılaşdırıldıqdan sonra verirlərmiş. Ekspertiza səhvləri 1972-ci ildən 1999-cu ilədək baş verib.
Ölüm hökmü çıxarılması ilə nəticələnmiş azı 32 cinayət işi də daxil, yanlış ekspertiza rəyləri 2,5 min cinayət işinin baxılmasına təsir göstərə bilərdi.