19 Aprel 2015 23:12
1 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə yaşanan hadisələrdə Səudiyyə Ərəbistanı rəsmi Tehranı Husi üsyançılarına dəstək olmaqda ittiham edir. İran isə deyilən iradla razılaşmır. Amma bu dəfə İran Səudiyyə Ərəbistanına ismarış göndərib.

Səudiyyə Ərəbistanı Yəməndə keçirdiyi əməliyyata görə cavabını alacaq.

ANS TV-nin məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Milli Ordu Günü münasibətilə hərbi paradda çıxışı zamanı bəyan edib. Ruhani Səudiyyə Ərəbistanı rəhbərliyinin koalisiya qüvvələrinin Yəməndə apardıqları əməliyyatı kəskin bir şəkildə pisləyib:

“İran ordusu bölgədəki ən böyük silahlı qüvvədir və hər zaman zəifləri qorumağı özünə vəzifə bilib. Bu qüvvənin hədəfi sülh yaratmaqdır. Niyə bizim silahlı qüvvələrimizin imkanlarından düzgün şəkildə faydalanmırlar? Yəmənə hücumun hədəfi nədir? Uşaqlara hücum etmək sizə güc verir? Zəiflərə hücum edənlər hər iki dünyada bu əməllərinə görə utanacaqlar. Region xalqlarının ürəyinə ədavət toxumları səpdiniz və bütün bunların cavabını gec-tez alacaqsınız”.


Müəllif:

Oxşar xəbərlər