20 Aprel 2015 00:56
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Aydın şəhərindən Yunanıstanın Samos adasına keçərkən 33 yaşlı kamerunlu qadın rezin qayıqda əkiz oğlanlar dünyaya gətirib.

Publika.az-ın məlumatına görə, ana və uşaqlar hərbi helikopterlə Rodos şəhərindəki xəstəxanaya çatdırılıb, vəziyyətləri yaxşıdır.

33 yaşlı hamilə qadın 25 qaçaq ilə birlikdə rezin qayıqla Yunanıstana keçmək istəyirmiş. Elə əkizləri də rezin qayıqda dünyaya gətirib. Uşaqlar doğulandan sonra kamerunlu qaçaqlar telefonla sahildən kömək istəyiblər. Yunan gəmiləri onları tapıb, ana və uşaqları xəstəxanaya çatdırıb.

Yunanıstandakı internet saytları biri 1850, o biri 1800 qram olan uşaqların və ananın vəziyyətinin yaxşı olduğunu yazır.


Müəllif:

Oxşar xəbərlər