Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tzinpin Pakistana ikigünlük səfərə gedəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bu ölkədə təqribən 50 milyard dollar məbləğində investisiya planını təqdim edəcək.
Çinin təklifləri Pakistana xroniki energetika böhranına son qoymaq və ölkəni regional iqtisadi mərkəzə çevirmək imkanı verir.
Planın başlıca hissəsi Pakistanın Qvadar limanından Çinin qərbindəki Kaşğar şəhərinədək üç min kilometrədək avtomobil və dəmir yollarının tikintisini və boru kəmərlərinin çəkilməsini nəzərdə tutan Çin-Pakistan iqtisadi dəhlizidir.
Ekspertlərin sözlərinə görə Pekinin strateji məqsədi ÇXR-nın Mərkəzi və Cənubi Asiyada iqtisadi nüfuzunun güclənməsi və ABŞ və Hindistanın təsirinin zəifləməsidir.
Samir