20 Aprel 2015 14:44
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ hərbi yolla İranı təhdid edir”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın dini lideri Ayətullah Əli Xamenei deyib. Onun sözlərinə görə, buna görə də İran ordusu hər bir vəziyyətə hazır olmalıdır.

Xamenei yüzlərlə zabitə müraciət edərək, ABŞ-ın nüvə silahı ilə bağlı məsələləri gündəmə gətirərək İranı təhlükə kimi göstərməyə çalışdığını bildirib.

İranın dini lideri real təhlükənin isə əslində Amerika olduğunu deyib: “Qarşı tərəf, açıq olaraq deməsə də, bizi təhdid edir. Biz də bu ehtimala hazır olmalıyıq”.

Xatırladaq ki, bu ayın əvvəllərində İranla nüvə proqramı mövzusunda ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin arasındakı danışıqlarda razılığa gəlinib. Danışıqlar İranın dini lideri Əli Xameneyi tərəfindən də dəstəklənib.

Samir


Müəllif:

Oxşar xəbərlər