20 Aprel 2015 23:32
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Canlı yayımda Rusiya prezidenti Vladimir Putindən ərinin ona it almadığını deyən Yelena Fadeyevə ev heyvanı hədiyə edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putinlə əlaqə saxlayan Yelena ad günündə ərindən it istədiyini, ancaq hərbçi olan əri Borisin ona bu hədiyyəni almaqdan vaz keçdiyini deyib. Qadın Putindən ərinə it alınması ilə bağlı əmr verməsini xahiş edib. Ancaq Putin onun belə bir səlahiyyətinin olmadığını deyib: “Mənim belə bir səlahiyyətim yoxdu. Mən yalnız onu deyə bilərəm ki, ev heyvanları ailəni möhkəmləndirir. Boris, məsləhət görürəm ki, həyat yoldaşına it al”.

Boris Fadayev prezident Putinin məsləhətinə qulaq asaraq, Yelenaya ad günü ərəfəsində it hədiyyəsi verib.

Samir


Müəllif:

Oxşar xəbərlər