Türkiyənin Batman vilayәtindә yaşayan erməni əsilli ailələr katoliklərin ruhani lideri papa Fransiskin 1915-ci il hadisələrinə dair açıqlamasına vә Avropa Parlamentinin adı çəkilən hadisələrlə bağlı qərarına reaksiya göstәrib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Batmanın Sason qəsәbәsindә yaşayan erməni vətəndaşlar bu qərarın onları narahat etdiyini deyiblər: “Fələstin, İraq və Suriyada yaşananları görməyənlər necə olur ki, 100 il əvvəli görürlәr? Qondarma erməni iddialarına dair açıqlamaları vә qәbul edilәn qərarı qınayırıq. Әsassız açıqlamalar bizi narahat edir”.
Sasonlu erməni vətəndaşları Türkiyə hökumətinin onları daim diqqətdə saxladıqlarını və burada yaxşı yaşadıqlarını vurğulayıblar: ”Türkiyənin inkişafını istәməyәnlәr var. Biz Türkiyənin bәrabәrhüquqlu vətəndaşları olaraq, burada dost və qardaşca yaşayırıq. Uşaqlarımız bu ölkədəki digər uşaqlarla eyni məktəbdə tәhsil alırlar. Bu günə qədər heç bir ayrı-seçkilik görmәdik. Bundan sonra da görmәyәcәyik”.
Samir