Rəsmi Moskva Norvec rəsmilərinin Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin Şpitsbergen arxipelaqına səfərinə reaksiyasını "absurd və beynəlxalq hüquq normaları baxımından izaholunmaz" adlandırıb.
"Arxipelaqdan istifadə logistika və hava daşımalarının təhlükəsizliyi tələblərilə bağlıdır", Rusiya XİN rəsmisi Aleksandr Lukaşeviç bildirib. Bazar günü Norveç XİN-i Dmitri Roqozinin Şpitsbergenə səfərilə bağlı Rusiya səfirini nazirliyə çağırıb.
Norveç XİN-ə istinad edən Aftenposten qəzetinin məlumatına əsasən, Norveçin və Aİ-nın Rusiyaya qarşı sanksiyaların qüvvəsi Roqozinə də şamil olunmalıdır. "Rusiya səfirlinə birmənalı olaraq bildirilib ki, sanksiyaların şamil olunduğu şəxslərin Svalbardda (Şpitsbergenə) səfər etmələri arzuolunmazdır", Norveç XİN-in rəsmisi yerli mətbuata bildirib.
Şpitsbergen arxipelaqı Norveçin nəzarətinə aid olmaqla yanaşı, eyni zamanda xüsusi beynəlxalq statusa malikdir. Rusiya vətəndaşlarının Şpitsbergenə vizasız gedib-gəlmək hüququ var. Rusiya Baş naziri müavininin Şpitsbergenə səfəri barədə mətbuatdan məlumat alan Norvec XİN-i, "bundan sonra Şpitsbergenə gediş-gəlişin sərtləşdiriləcəyini" bildirib.