21 Aprel 2015 09:40
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda həbsdə olan amerikalı jurnalist Ceyson Rezaiyana qarşı casusluq da daxil olmaqla dörd ittiham irəli sürülüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rezaiyanın vəkili Leyla Əhsən açıqlama verib. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı gizli məlumatlar toplamaq və bu məlumatları pis niyyətlə istifadə etmək ittihamları da verilib.

“Washington Post” qəzetinin baş redaktoru Martin Baron bu ittihamları gülünc adlandırıb.

Günahı sübuta yetiriləcəyi təqdirdə Rezaiyanı 10 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Samir


Müəllif:

Oxşar xəbərlər