21 Aprel 2015 15:02
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Leybsiq şəhərində sağ yönümlü "Almaniya ilə birlikdə" (LEGİDA) hərəkatının tərəfdarları miqrantlar və müsəlmanlar əleyhinə aksiya keçiriblər.

Sayca onuncu etiraz yürüşündə hərəkatın yüzlərlə tərəfdarı iştirak edib. Buna cavab olaraq, hərəkatın əleyhidarları da nümayiş keçirib. Tərəfər arasında qarşıdurmalar yaşanıb.

Sağçı fəallar Legida əleyhidarlarına yanar maddələr və daşlar atıblar. Polis aksiyaya müdaxilə edib.

Asayiş keşikçiləri zor tətbiq edərək, eitrazçıları ərazidən uzaqlaşdırmağa çalışıblar. Toqquşmalar nəticəsində 30 fəal və 4 polis əməkdaşı yaralanıb. 14 nümayiş iştirakçısı saxlanılıb.

Avstriyanın paytaxtı Vyanada da "Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar" (PEGİDA) hərəkatının çağırışı ilə İslam əleyhinə sayca ikinci nümayiş keçirilib. Aksiyada minə yaxın şəxs iştirak edib. Onlar irqçi və ksenofob şüarlar səsləndiriblər. Nümayiş insidentsiz başa çatıb.

Samir


Müəllif:

Oxşar xəbərlər