21 Aprel 2015 22:55
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Macarıstanın “Pakş” atom elektrik stansiyasında iki nüvə reaktorunun Rusiya texnologiyası ilə tikintisinə razılıq verib. Bu barədə Macarıstanın Baş naziri Yanoş Lazar bildirib.

Avropa atom enerjisi üzrə təşkilatı “Euroatom” həmin reaktorların 10 il ərzində Rusiyanın nüvə yanacağı ilə təchiz edilməsi barədə müqaviləni təsdiq edib.

İlk başdan Rusiyanın yeni reaktorları 20 il ərzində yanacaqla təchiz edəcəyi planlaşdırılmışdı. Lazarın sözlərinə görə, Brüsselin “yaşıl işığı” Rusiya-Macarıstan layihəsinin həyata keçirilməsində mühüm məqamdır, çünki Avropa Komissiyasının bu razılaşma ilə bağlı şübhələrini bildirməyə davam edəcəyi gözlənilirdi.

TASS Aİ-dəki mənbəyə istinadla xəbər verir ki, “Euroatom”un etirazlarından sonra Rusiya yanacağı ilə təchizat müddəti azaldılaraq, 20 ildən 10 ilə çatdırılıb. Rusiya agentliyi daha sonra qeyd edir ki, Avropa Komissiyası hələ bu layihəni rəsmi şəkildə təsdiq etməlidir.

Xatırladaq ki, “Financial Times” qəzetinin daha əvvəl yazdığına görə, Avropa Komissiyası texniki və maliyyə detalları ilə bağlı etirazlar üzündən Budapeşt razılaşmasını blokadaya alıb. Sonralar Brüssel bu informasiyanı təkzib edərək bildirib ki, bütövlükdə layihə üzərinə veto qoyulmayıb. Sonra Avropa Komissiyasından bildiriblər ki, etirazlar yalnız istilikayıran elementlərin təchizatı barədə müqavilə ilə bağlı olub.


Müəllif:

Oxşar xəbərlər