22 Aprel 2015 08:44
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama İrəvanda uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək nümayəndə heyətinin tərkibini elan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bununla bağlı dərc olunmuş rəsmi məlumatda “soyqırımı” sözü əvəzinə “1915-ci il hadisələri” ifadəsi istifadə olunmayıb


Məlumata görə, Amerika nümayəndə heyətinə tədbirdə ABŞ maliyyə naziri Ceykob Lyu rəhbərlik edəcək. Nümayəndə heyətinə həmçinin ABŞ-ın İrəvandakı səfiri Riçard Mils, Konqres Nümayəndələr Palatasının üzvləri Ceki Speyer, Frenk Pallone, Anna Eşu və Deyv Trott daxildir.


Müəllif: