22 Aprel 2015 11:47
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın paytaxtı Berlində türklərin yaratdığı qeyri-hökumət təşkilatları tərəfindən soyqırım böhtanlarına qarşı dostluq və sülh yürüşü keçiriləcək.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki,yürüşün aprelin 25-də baş tutacağı qeyd edilib. Tədbir öncəsi qeyri-hökumət təşkilatlarının nümayəndələri Berlin Türk Camaatı mərkəzində bir araya gələrək son hazırlıqları müzakirə ediblər.

Təşkilat komitəsindən verilən açıqlamada Mustafa Kamal Atatürkün "Yurdda sülh, dünyada sülh" fikrini əsas tutan türk millətinin soyqırımı törətməkdə günahlandırılmasının tarixi həqiqətlərə uyğun gəlmədiyi vurğulanıb: “Birinci Dünya Müharibəsinin əsas hədəfi Osmanlı imperiyasını parçalamaq olub. Müharibədən əvvəl və sonra erməni dəstələri öz dövlətini qurmaq üçün xarici qüvvələrin dəstəyi ilə etnik təmizləmə həyata keçiriblər. Osmanlı imperiyası isə ölkə daxilində qarşıdurmanın qarşısını almaq və ölkənin bütövlüyünü qormaq məqsədi ilə Deportasiya qanununu həyata keçirib. Bu qanun uğursuz həyata keçirildiyindən erməni vətəndaşlarımız böyük bəlalarla qarşılaşıb. Təəssüf ki, həmin dövrdə Osmanlı torpaqlarında milyonlarla insan müharibə, yoluxucu xəstəliklər, aclıq və qıtlıq səbəbiylə həyatını itirib”.

Açıqlamada həmçinin qeyd edilir ki, 1915-ci il hadisələri ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qərar Türkiyə-Almaniya və Türkiyə-Ermənistan münasibətlərinə heç bir fayda verməyəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər