20 May 2014 23:13
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası mayın 20-də sülh və anlaşma memorandumu qəbul edib.

Sənədi Radanın 450 deputatından 252-si dəstəkləyib.

Sənəddə bildirilir ki, ölkənin şərq vilayətlərindəki qanunsuz silahlı birləşmələr silahlarını təhvil verməlidir. Həmçinin ordu birləşmələri əvvəlki dislokasiya yerlərinə qayıtmalıdır. Ordunun geri qayıtması üçün əsas şərt kimi qanunsuz silahlı birləşmələrin silahı təhvil verməsi qoyulur.

Qanun layihəsi müxalifətçi Regionlar Partiyasının nümayəndəsi Vadim Novinski tərəfindən işlənib.

Qanuna səs verənlərin 64-ü Regionlar Partiyasının, 59-u hakimiyyətdə olan “Batkivşina”nın, 30-u isə hakimiyyətə yaxın “UDAR” fraksiyasının təmsilçiləridir.

Milliyyətçi “Azadlıq” partiyası və Ukrayna Kommunist Partiyası sənədi dəstəkləməyib./anspress/


Müəllif: