22 Aprel 2015 15:59
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bir liseydə direktor müavini Mark Vest tələbəsiylə cinsi əlaqəyə girməkdə ittiham olunub.

Teleqraf.com xəbər verir ki, 32 yaşlı Vest məhkəmədən öncə ifadəsində günahını etiraf edib. Prokuror ona 12 il həbsini istədiyib. Vest isə şərtli azadlığa buraxılmasını istəyib. O, "Duyğularıma əsaslanaraq səhv bir seçim etdim” deyib.

Vest 18 yaşlı tələbəsiylə 2012-ci ildə məktəb buraxılışından üç həftə əvvəl əlaqəyə girdiyini söyləyib.

İttihamlardan sonra Vest direktor müavini vəzifəsindən uzaqlaşdırılmışdı.

ABŞ qanunvericiliyinə əsasən, 18 yaşlı qızla əlaqəda olmaq cinayət sayılmır. Ancaq bir müəllimin tələbəsiylə cinsi əlaqə qurmasını qadağandır.

Məhkəmə sonda Mark Vesti 4 ay həbs cəzası ilə cəzalandırıb. Vest həmçinin səkkiz il müddətində nəzərat altında olacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər