Beynəlxalq astronomlar qrupu yeni planet aşkar ediblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yeni kəşf edilən HD189733B planeti "cəhənnəm" iqlimi ilə seçilir. Burada havanın temperaturu üç min dərəcə, küləyin sürəti saatda min kilometrə çatır.
NASA-nın saytındakı məlumata görə, yeni tapılan planet Yerdən 63 işıq ili məsafədə uzaqlıqdadır. Planetin ölçüləri Günəş sisteminə daxil olan Yupiter planetindən bir qədər böyükdür.
HD18973 planeti Yerlə müqayisədə öz Günəşinə 30 dəfə daha yaxındır.
Rüstəm