20 May 2014 23:33
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalidə üsyançı "Eş-Şerab" təşkilatının yerləşdiyi düşərgə hökumət qüvvələri tərəfindən bombalanıb.

Teleqraf.com xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, təşkilatın sıx toplaşdığı yer olan Fracuruya havadan zərbələr endirilib.

Hadisə nəticəsində onlarla üsyançının öldüyü və yaralandığı bildirilir. Bundan başqa hava zərbələri nəticəsində 2 mülki şəxs xəsarət alıb. Ətrafdakı binalar və avtomobillərə ziyan dəyib.

Hələlik heç bir tərəf hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, terror təşkilatı olan "Eş-Şerab" Somalidə hökumətə qarşı silahlı mübarizə aparır.

Uğur


Müəllif: