“Rusiya təhlükəsizliyini təmin etmək üçün xaricdə nüvə silahları yerləşdirməyəcək”.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlayıb. Onun sözlərinə görə, Rusiya qeyri-nüvə silahlarına daha çox üstünlük verir: “Rusiya silahlı qüvvələrinin dünyanın istənilən nöqtəsində tapşırığı yerinə yetirməyini istəyir. Biz dünyada nüvə silahlarının olmasını istəmirik. Bu, Rusiya hökumətinin qarşısındakı əsas tapşırıqdır. Bu isə o deməkdir ki, biz dünyada sakitliyə yönəlik yeni texnologiyalara üstünlük verməliyik. Onlar hərbi əməliyyatlarda daha effektiv nəticələr əldə etməmizə imkan yaradacaq”.
Lavrov ABŞ-ın tətbiq etdiyi yeni texnologiyaların nüvə silahından daha təhlükəli olduğunu deyib: “ABŞ hibersəs qeyri-nüvə silahını icad edib. Bu proqram “ildırımlı qlobal zərbə” adını alıb. ABŞ-ın məqsədi ondan ibarətdir ki, əmr verildikdən bir saat sonra dünyanın istənilən nöqtəsinə zərbə endirmək mümkün olsun. Əlbəttə bu silah Naqasaki və Xerosimayaya endirilən zərbədən daha humanistdir. Ancaq yeni silahların gücü nüvə silahlarından daha təhlükəlidir. Hazırda ABŞ-la bağlı daha ciddi problem var. Vaşinqton hökuməti silahları kosmosa yeridib və dünyadakı problemləri oradan həll etmək istəyir”.
Samir