22 Aprel 2015 23:17
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Husi üsyançılarına qarşı hərbi kampaniyanın dayandırıldığı barədə elandan bir neçə saat keçmiş Səudiyyənin başçılığı altında ərəb koalisiyasının təyyarələri Yəməndəki Taiz şəhərinə hava zərbələri endirib.

Zərbələrdən öncə husilər Taiz yaxınlığındakı mühüm hərbi bazanı ələ keçiriblər. Böyüklüyünə görə ölkənin ikinci şəhəri olan Ədəndə şiddətli toqquşmaların getdiyi xəbər verilir. Döyüşlər Huta və Daleh şəhərlərində də davam edir. Husi qiyamçılarına qarşı koalisiya hava əməliyyatının dayandırılması barədə elandan sonra İranın xarici işlər naziri bu ölkəyə təcili humanitar yardım göstərilməsinə çağırıb.

Məhəmməd Cavad Zərif Səudiyyənin hava reydlərinin başa çatmasını müsbət hal adlandırıb və Yəməndə təcili danışıqlar keçirilməsinin və yeni hökumətin təşkilinin zəruriliyini qeyd edib. Sünni Səudiyyə Ərəbistanı, şiə İranı Yəməndəki şiəməzhəb husi qiyamçılarına dəstək verməkdə ittiham edir. Səudiyyə hərbiyyəsi bildirib ki, indi Yəməndə səylər böhranın siyasi yolla çözümünə yönəldilməlidir.

Ölkənin seçkili prezidenti Əbdrəbbuh Mənsur Hadi Səudiyyəyə sığınıb. Bununla belə Səudiyyə əlavə edib ki, lazım gələrsə, hərbi gücə yenidən əl atıla bilər. Burada şiə məzhəbinin zeydi təriqətinə aid husilərin qiyamı başlanandan bəri Yəməndə xaos hökm sürür. Paytaxt Sana qiyamçıların nəzarətindədir. Ölkənin seçkili prezidenti Əbdrəbbuh Mənsur Hadi Səudiyyəyə sığınıb.


Səudiyyənin rəhbərlik etdiyi koalisya “Qətiyyət qasırğası” kod adlı hava əməliyyatı ilə Hadinin hakimiyyətini bərpa etməyə çalışırdı. Kampaniyanın sona çatmasını elan edən Səudiyyə, lazım gələrsə, hərbi gücə yenidən əl atıla biləcəyini bildirib. Koalisiyanın sözçüsü briqada generalı Əhməd əl-Əsiri bəyan edib ki, indi “Ümidin bərpası” əməliyyatına başlanacaq və Yəməndə asayişin bərpası üçün tədbirlər görüləcək. Sözçü bildirib ki, Səudiyyə Yəmən üzərinə raket zərbələrini “qanuni hökumətin” ricası ilə dayandırıb.

Hazırda Ciddə şəhərində olan BBC-nin Yaxın Şərq üzrə redaktoru Jeremy Bowenin fikrincə, Səudiyyə əməliyyatın birinci mərhələsində “qələbəsini” elan etsə də, prinsipial olaraq heç nə dəyişməyib. Hadinin hökuməti bərpa olunmayıb, paytaxt Sana isə hələ də şiə üsyançıların nəzarətindədir. BMT bildirib ki, münaqişənin son 4 həftəsi ərzində Yəməndə 944 nəfər həlak olub. Hazırda ABŞ-ın və İranın hərbi gəmiləri Yəmən sularında lövbərləniblər. Çərşənbə axşamı prezident Barack Obama İrana Yəmən qiyamçılarına silah göndərməməsi üçün xəbərdarlıq edib. Öz növbəsində BMT Təhlükəsizlik Şurası husi qiyamçıları üzərinə silah embarqosu qoyub.


Müəllif:

Oxşar xəbərlər