23 Aprel 2015 09:04
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-lə mübarizə aparmaq üçün yeni ordu yaradılacaq.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyədə səfərdə olan İraq prezidenti Fuad Masum Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbaut konfransında deyib. Onun sözlərinə görə, İraq ordusu yaxın müddətdə Mosulu azad etmək üçün əməliyyata başlamayacaq:

"Mosul çox böyük bir şəhərdir və əhalisi da çoxdur. Belə bir əməliyyat üçün bütün hər şeyi tamamlamaq lazımdır. Yeni qurulan ordu yalnız şiələrdən ibarət deyil. Orduda bütün qruplardan olan hərbçilər var".

Fuad Masum İŞİD-lə mübarizədə üzləşdikləri çətinliklərdən də danışıb: "İŞİD nizamli təşkilat deyil, şəbəkə təşkilatıdır. Bu gün burada terrorlar edir, sabah başqa kənddə və ya şəhərdə edir. Bu yaxınlarda Tiqritdə də qarşıdurmalar oldu. Amma İraq silahlı qüvvələri Tiqritdə müvəffəqiyyət əldə edə bildi. Diyalə şəhərində də qarşıdurmalar var. Bu qarşıdurmalar davam edir".


Müəllif:

Oxşar xəbərlər