Hindistanın Purnea, Supaul, və Madhubani bölgələrində şiddətli fırtına hökm sürür.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, adı çəkilən bölgələrdə fövqalədə vəziyyətin elan olunduğu bildirilib. Rəsmilər təbii fəlakət zamanı ən azı 30 nəfərin öldüyünü, 100 sakinin isə yaralandığını açıqlayıb.
Yerli mənbələrin məlumatına görə, təkcə Purnea bölgəsində 1000-ə yaxın ev dağılıb.
Samir