23 Aprel 2015 09:43
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada maqnit yastıqlar üzərində hərəkət edən qatar saatda 603 kilometr sürət göstəricisi ilə yeni dünya rekordu müəyyən edib.

Teleqraf.com xəbər verir ki,Yaponiyada maqnit yastıqlar üzərində hərəkət edən qatar saatda 603 kilometr sürət göstəricisi ilə yeni dünya rekordu müəyyən edib.

Qatar 280 kilometrlik mǝsafǝni sadǝcǝ 40 dǝqiqǝdǝ qǝt edib.

Yapon rǝsmilǝr güclü elektromaqnit itǝlǝmǝ gücü ilǝ qatarı 10 milimetrǝ yaxın havaya qaldıran relsli sistemi 2027-ci ildǝ Tokio vǝ Nagoya arasında istifadǝyǝ vermǝyi planlaşdırır.

Maglev qatarlar sürtünmǝdǝn işlǝdiklǝri üçün adi qatarlarla nisbǝtdǝ daha sürǝtlidir vǝ tǝmir işlǝri daha az pul tǝlǝb edir.

Buna müqabil sistemin çox güclü elektromaqnitlǝr vǝ çox hǝssas nǝzarǝt sistemlǝrinǝ ehtiyacı var.

Hal-hazırdakı texnologiya, ifrat sǝviyyǝdǝ enerji istehlakı ilǝ ekologiyaya zǝrǝr verǝ bilǝcǝk bu qatarların yayğın şǝkildǝ istifadǝ edilmǝsinǝ imkan yaradacaq sǝviyyǝdǝ inkişaf etmǝyib. Bu çǝrçivǝdǝ Almaniya, Yaponiya, Cǝnubi Koreya, ABŞ vǝ Çindǝ bǝzi şirkǝtlǝr hǝmin sistemlǝ bağlı fǝaliyyǝtlǝrini davam etdirir.

Rüstəm


Müəllif: