Mayın 25-də keçiriləcək prezident seçkilərində ukraynalıların 80 faizindən çoxu iştirak edəcək.
Teleqraf.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, keçirilən rəy sorğularının nəticəsinə görə, ukraynalıların 53,2 faizi deputat Petr Poroşenkonun namizədliyini dəstəkləyir, 10,1 % isə öz səsini xanım lider Yuliya Timoşenkoyaya verəcək.
UNİAN-ın məlumatına görə, Ukraynanın sosial sorğu xidməti apardığı tədqiqatdan sonra bu qənaətə gəlib. Bu nəticələr ümumukrayna ictimai təşkilatı – “Ukrayna Seçicilər Komitəsinin düzənlədiyi mətbuat konfransında təqdim edilib.
Fidan