21 May 2014 01:04
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Amerikanın Vella Gulf raket kreyserinin bu həftə Qara dənizə daxil olacağını açıqlayıb.

Teleqraf.com-un İTAR-TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi, kontr-admiral Con Kirbi bildirib.

"Mən təsdiq edə bilərəm ki, Vella Gulf raket kreyseri bu həftə Qara dənizə daxil olacaq", - Con Kirbi deyib.

İTAR-TASS isə bundan öncə Moskvadakı hərbi-diplomatik mənbəyə istinadən Vella Gulf-un mayın 23-də Qara dənizə daxil olacağını bildirmişdi.

Nihad


Müəllif: