23 Aprel 2015 17:33
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada müxtəlif şəhərlərin sakinləri Avropa Birliyi ilə ABŞ arasında bağlanmış azad ticarət müqaviləsinə qarşı etiraz aksiyası keçirib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, onlar müqavilənin dərhal ləğv edilməsini tələb ediblər. Ticarətçilər düşünürlər ki, bu ölkələrdə təklifin tələbi üstələməsinə gətirib çıxaracaq.

Belə vəziyyət isə ticarət mallarının qiymətlərinin azalmasına səbəb olacaq. Ekspertlər düşünürlər ki, bu müqavilə orta Avropa ölkəsinə il ərzində orta hesabla 80 milyon dollar ziyan gətirəcək.

Avropanın 10 ölkəsini əhatə edən aksiyalar zamanı ciddi insidentlərin yaşandığı açıqlanıb. Ümumilikdə aksiyalar zamanı 100-dən çox fəalın həbs olunduğu bildirilib. Təkcə Londonda parlament binası önündə keçirilən aksiyalara 1000-dən çox ticarətçi qoşulub. Almaniyada isə etirazların 20-dən çox şəhəri əhatə edildiyi qeyd olunub.

Qeyd edək ki, rəsmilər bu müqavilənin hər bir Avropa ölkəsinə 100 milyondan çox gəlir gətirəcəyini söyləyiblər.

Samir


Müəllif: