ABŞ pilotsuz hərbi təyyarə texnologiyasında yeni addıma imza atıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər ilk dəfə pilotsuz döyüş təyyarəsinə havada yanaqdoldurma əməliyyatını həyata keçirib.
“Northrop Grumman” şirkəti tərəfindən ABŞ donanması üçün hazırlanan “X-47b” tipi pilotsuz döyüş təyyarəsinə təxminən 2 ton yanacaq doldurulub.
Ekspertlər bu addımın ABŞ-ın daha uzaq məsafələrə müdaxilə etmək imkanını verəcəyini iddia ediblər.
Samir