Türkiyənin Los Ancelesdəki Baş konsulluğuna giriş və çıxışlar məhdudlaşdırılıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Baş konsulluğun saytında məlumat verilib.
Bildirilir ki, 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar 24 aprel tarixində idarəyə çoxlu təhdid dolu məktub daxil olub. Bununla bağlı binanın təhlükəsizliyini təmin etmək məqsədilə konsulluq zəruri vətəndaşlara xidmət göstərir.
Konsulluqdan verilən məlumatda təhdid dolu məktubların erməni gənclər təşkilatı tərəfindən göndərildiyi qeyd edilib.
Samir