21 May 2014 10:57
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partlayış nəticəsində 301 nəfərin həlak olduğu Soma mədəninə yeni işçilər axtarılır.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mədənin məxsus olduğu şirkət rəhbərləri Türkiyə İş Kurumunun rəsmi saytına bu barədə elan verib. Elanda 100 işçinin tələb olunduğu, yalnız kişilərin və 18 yaşından yuxarı olan şəxslərin işə götürələcəyi qeyd olunub.


Namizədlər üçün orta təhsilin kifayət olduğu vurğulanır. Bundan başqa iş üçün müraciət edənlərdən tələb olunur ki, Akhisar, Bergama, Dursunbey, İvrindi, Kınık, Kırkağaç, Savaştepe və Soma qəsəbələrinin sakini olsunlar.

Müraciət üçün son gün mayın 29-dur.


Müəllif: