24 Aprel 2015 18:00
3 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər Nazirliyi yerli hakimiyyətin icazəsi olmadan Çeçenistanda xüsusi əməliyyat keçirən güc strukturlarının nümayəndələrinə atəş açmaq barədə Ramzan Kadırovun çağırışını pisləyib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Moskvanın tənqidinə səbəb olan bəyanat aprelin 23-də Qroznıda federal qüvvələrin keçirdiyi xüsusi əməliyyatdan sonra səslənib.

Rusiya Daxili İşlər Nazirliyinin cümə axşamı yaydığı açıqlamada deyilir ki, Çeçenistan Respublikası rəhbərinin yerli hüquq-mühafizə orqanlarının başqa regionlardan gələn əməkdaşlara atəş açmaq barədə bəyanatı yolverilməzdir.

Açıqlamaya əsasən, Stavropol diyarının polisi aprelin 19-da Qroznıda əməliyyat keçirəcəyi ilə bağlı planları barədə Çeçenistan Cinayət Axtarış İdarəsinin əməkdaşlarını öncədən məlumatlandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələni şərh etməyəcəyini deyib: "Eşitdiniz, gördünüz, oxudunuz. Şərh etməyəcəm”.

Qeyd edək ki, Stavropol və Qroznıda keçirilən əməliyyat zamanı Rusiya güc strukturlarına atəş açmaqda şübhəli bilinən Cambulat Dadayev qətlə yetirilib. Kadırov isə belə vəziyyətlərdə yerli polisə güc strukturlarına atəş açmaq əmrini verib.

Samir


Müəllif:

Oxşar xəbərlər