1915-ci il hadisǝlǝri ilǝ ǝlaqǝli olaraq qondarma ermǝni iddialarına qarşı ABŞ-da yaşayan Türk vǝ müsǝlman icması öz etirazını bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 145 Türk-Amerika qeyri-hökumǝt tǝşkilatı tǝrǝfindǝn qurulan İstiqamǝtlǝndirmǝ Komitǝsi Türk vǝ müsǝlman icmasını bir araya gǝtirib.
Ağ evin qabağından Türkiyǝnin Vaşinqton Sǝfirliyinǝ yürüş keçirǝn kütlǝ Türkiyǝnin haqlı sǝsini çatdırmağa cǝhd göstǝrib.
“Barış vǝ Hǝmrǝylik” yürüşünǝ minlǝrlǝ Türk vǝ müsǝlman qruplar qatılıb.
Әllǝrindǝ Türkiyə vǝ Amerika bayrağı tutan qruplar “bizi birlǝşdir, ayırma” şüarlarını sǝslǝndiriblǝr. Yürüşǝ fǝlǝstinli, misirli vǝ somalililǝr başda olmaqla müsǝlman icmasından da xeyli insan qatılıb.
Samir