Əməliyyatlar başlandığı gündən Yəməndə ən azı 115 uşaq həyatını itirib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı Birləşmiş Millətlər Uşaqlara Yardım Fondunun sözçüsü Kristof Boulierac verib. Onun sözlərinə görə, martın 26-dan başlanan əməliyyatlarda 172 azyaşlı isə yaralanıb.
Boulierac qeyd edib ki, hazırda bölgədə yüzlərlə uşaq aclıq və xəstəlik içərisində yaşayır. O, bu halın dözülməz olduğunu və təcili tədbirlərin vacibliyini vurğuıayıb.
Samir