Terror təşkilatı Bağdadinin öldüyünü təsdiqlədi
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı bir neçə gün öncə ABŞ-ın hava hücumları zamanı Əbubəkr Əl-Bağdadinin öldüyünü təsdiq edib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, terrorçular yeni liderin Əbu Ala Al-Afriyə olduğunu bəyan edib. Yayılan məlumatlarda Bağdadinin yaralandıqdan sonra Suriyanın Rakka şəhərindəki xəstəxanaya aparıldığı və orada həyatını itirdiyi açıqlanıb.
İŞİD liderlərinin Mosul yaxınlığındakı Telafer şəhərində Səddam məscidində yeni xəlifəni seçdikləri qeyd olunub.
İraq mediası Əbu Əla Al-Afri ləqəbini alan terrorçunun Əbdürrəhman Mustafa əl-Şeyhlar olduğunu bildirib. Telaferdə doğulan Afrinin fizika müəllimi olmasına baxmayaraq, sürücülük etdiyi vurğulanıb. Onun 2004-cü ildən “Əl-Qaidə” terror təşkilatının tərəfində vuruşduğu iddia edilib.
Samir