Bu gün səhər saatlarında Nepalda 7,9 bal gücündə dəhşətli zəlzələ baş verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri paytaxt Katmandudan 65 kilometr şimal-qərbdə yerləşir. Zəlzələ 31 kilometr dərinlikdə baş verib.
Yeraltı təkanlar nəinki Himalay ərazisində, hətta Hindistanın paytaxtı Dehli şəhərində də hiss olunub. Ölənlər və xəsarət alanlar haqda rəsmi məlumat verilmir.
Yayılan xəbərlədə paytaxtda tarixi binalardan birinin çökdüyü və dağıntılar altında 50-dən çox sakinin qaldığı bildirilib.
Rüstəm