Özünü “Türk əsgərləri” adlandıran “Turkhackteam” haker qruplaşması Ermənistana kiber hücumlar edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakerlər Ermənistan ordusunun Baş Qərargahının rəsmi saytı başda olmaqla, bir neçə rəsmi sayt dağıdılıb.
“Turkhackteam”in açıqlamasına görə, Baş Qərargah, Enerji Nazirliyi, Mərkəzi Bank, Ermənistan elektron Dövlət portalı, Ermənistan Telekom, Ermənistan Bankı, ümumilikdə 6 dövlət idarəsinin rəsmi saytı dağıdılıb:
“Qondarma soyqırım iddiaları davam etdiyi müddətdə kiber hücumlar davam edəcək. Başda Almaniya və Avstriya olmaqla “soyqırım”ı qəbul edən digər dövlətlərin rəsmi saytlarına da kiber hücumlarımız olacaq”.