Avstriya parlamentindǝ qondarma ermǝni soyqırımının tanınması qǝrarı ölkǝdǝ yaşayan minlǝrlǝ türkün etirazına sǝbǝb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Vyanada bir araya gǝlǝn 15 min türk “hǝqiqǝt yürüşü” adlı tədbir keçirib. Yürüşdǝ 1100 polis ǝmǝkdaşı tǝhlükǝsizliyi tǝmin edib.
Vyanadakı Türk dǝrnǝklǝrinin ortaq qǝrarı ilǝ keçirilǝn yürüşdǝ minlǝrlǝ insan tarixi mövzuların siyasilǝşdirilmǝsinǝ etiraz edib. Türkiyə bayraqları qaldıran qrup Avstriya parlamentini 1915-ci il hadisǝlǝrini tarixşünaslara tapşırmağa çağırıb. Yürüşǝ türk icması ilǝ yanaşı başqa qrupların da qatıldığı müşahidǝ edilib.
Qeyd edǝk ki, Avstriya parlamentindǝ qondarma ermǝni soyqırımının tanınmasının ardından türk dǝrnǝklǝri bǝyanat yayaraq vǝ qǝzetlǝrǝ elanlar verǝrǝk qǝrara etirazlarını bildiriblǝr.
Samir