21 May 2014 11:26
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aksyonovla Putinə xidmət edib, Krımda adamların ələ keçirilib döyülməsinin əsas baiskarı erməni olan Martoyan qardaşlarıdır”.

“Axar.az” xəbər verir ki, bu açıqlama ilə əslən Krım tatarlarından olan jurnalist Osman Paşayev çıxış edib. O, Rusiyanın bu addımlar vasitəsilə etnik qarşıdurma yaratmağa çalışdığını bildirib: “Dostlar üçün müəyyən məsələlərə aydınlıq gətirmək istəyirəm. Aksyonovla Putinə xidmət edib, Krımda adamların ələ keçirilib döyülməsinin əsas baiskarı erməni olan Martoyan qardaşlarıdır. Birincisi, Putin bunun vasitəsilə Krım tatarları və ermənilər arasında qarşıdurma yaradır. Krımda 150 min erməni yerləşdirməyi fikirləşən Bezaziyev haqqında fikir də bu kateqoriyadandır. 90-cı illərdə banditlər Şevyev-Danelyan Krım erməniləri simasında Krıma qarabağlıları gətirmişdi: hansı ki, onlara deportasiya olunanlar üçün bütün vasitələr ayrılmışdı. Oğrular üçün milliyyət paketin həyata keçməsi üçün səbəbdir, amma kamil varlıqlar üçün isə mədəniyyət, dil və ədəbiyyatdır. Təəssüf ki, müharibə və konfliktlər zamanı iyrənclik ən yüksək səviyyəyə yüksəlir. Simferopol Polis Şöbəsində ən pis avaralar Krım tatarları hesab edilir. Burada məmuriyyət Putin və digər diktator sistemlərində olduğu kimidir. Ona görə də nasist cəfəngiyyatlarla bağlı olan hər şeyi bloklayacağam”.

Qeyd edək ki, Osman Paşayev bir müddət öncə Krım tatarlarının mitinqini işıqlandırarkən qaçırılmışdı


Müəllif: