Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Odessa, Dnepropetrovsk, Xerson və Nikolayev vilayətləri üçün "Donetsk" və "Luqansk" xalq respublikalarının "taleyi" hazırlanırdı.
ANS PRESS-in məlumatına görə, bu haqda dövlət başçısının mətbuat xidməti bildirib.
"Odessa, Dnepropetrovsk, Xerson və Nikolayevi “DXR” və “LXR”-nin taleyi gözləyirdi. İndi terrorun, qanunsuzluğun, zorakılığın hökmranlıq etdiyi Donetsk və Luqansk kimi. Burada minlərlə insan həlak olub və minlərlə qaçqın var. Bundan əlavə banklar qarət edilib və müəssisələr dayandırılıb, insanlar maaşlardan və pensiyalardan məhrum olublar", - deyə Poroşenko bildirib.