21 May 2014 11:34
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözləntilərin yüksək olmasına baxmayaraq, Çin və Rusiya arasında təbii qaz təchizatına dair 400 milyard dollarlıq razılaşma əldə olunmayıb.

Teleqraf.com-un VOA-ya istinadən yaydığı xəbərə görə, Şanxaya səfər edən Rusiya prezidenti Vladimir Putin və onun çinli həmkarı Si Tszinpin enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığa dair 49 müqaviləyə imza atıb. Lakin iki ölkənin liderləri Çinin gələn 30 il ərzində Rusiyaya qaz təchizatına görə nə qədər pul ödəcəyi məsələsində razılığa gələ bilməyiblər.

Rusiya və Çin arasında qaz təchizatına dair müqavilə ilə bağlı müzakirələr 10 il sürüb.

Rusiya hazırda Ukraynaya müdaxiləsi ilə əlaqədar olaraq ABŞ və onun müttəfiqləri tərəfindən sanksiyalara məruz qalır. Təhlilçilərin fikrinə görə, rəsmi Moskva hazırki ağır iqtisadi durumda öz təbii qazını Avropadan kənarda satmaq istəyir. Putin belə bir vaxtda Çinlə razılığın əldə edəcəyini gözləyirdi. Çin isə iqtisadiyyatın genişləndirilməsi məqsədilə daş-kömürdən asılılığın azaldılmasına çalışır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov böyük inkişafın əldə edildiyini və müqavilənin hər an imzalana biləcəyini deyib.

Təbii qaza dair razılığın əldə olunmamasına baxmayaraq, prezident Si Tiszinpin Çinin Rusiya münasibətlərindən razılığını bildirərərək, bu münasibətlərin biri-birinin beynəlxalq mövqeyinin yaxşılaşdırılması üçün əhəmiyyətini vurğulayıb.

Ülviyyə


Müəllif: