21 May 2014 11:36
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIA (Mərkəzi Kəşfiyyat Agentliyi) peyvənd proqramını casusluq fəaliyyətləri çərçivəsində istifadəsinə son qoyduqlarını açıqlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev proqramın tətbiq olunmasını ötən ilin avqust ayından dayandırmaq barədə sərəncam verib.

Proqram səhiyyə təşkilatları və tibb işçilərinin kəskin reaksiyasına səbəb olub.

ABŞ universitetlərinin tibb fakültələrinin 13 dekanı Ağ Evə ərizə göndərərək, peyvənd kampaniyalarının casusluq fəaliyyətlərinə alət edilməsinin qlobal sağlamlıq üçün təhdid meydana gətirdiyini bildiriblər.

Ağ Evin Daxili Təhlükəsizlik və Terrorla Mübarizə müşaviri Liza Monako tərəfindən dekanlara yazılan cavabda, CIA-nın peyvənd proqramlarını artıq kəşfiyyat məqsədli olmayacağını və bu proqramlar vasitəsilə əldə edilən genetik məlumatları da istifadə edilməyəcəyi barədə məlumat verib.

CIA 2011-ci ildə Əl Qaidə lideri Usama Ben Ladenin öldürüldüyü əməliyyatda , kəşfiyyat yığmaq üçün Pakistanda reallaşan peyvənd kampaniyasından da faydalanıb.

Daha sonra peyvənd kampaniyası dayandırılıb. Lakin peyvənd proqramının dayandırılması, bir çox ölkələrdə, o cümlədən İraq, Pakistan və digər ölkələrdə uşaq iflicinin yenidən yayılmasına səbəb olduğu bəlli olub.

Bu səbəbdən də kampaniyanın yeni şərtlərlə bərpa olunması qərarı verilib.

Ülviyyə


Müəllif: