Nepalda şənbə günü baş verən zəlzələnin qurbanlarının sayı durmadan artır.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 7,9 bal gücündə baş verən zəlzələdə ölənlərin sayı 3218-ə yüksəlib. Rəsmilər ölü sayının artacağını istisna etmirlər.
Bu arada zəlzələ səbəbindən Himalay dağının Everest zirvəsində qar uçqunu baş verib. Hadisə zamanı ən azı 18 nəfərin öldüyü, 61-nin isə xəsarət aldığı bildirilib.
Qeyd edək ki, bölgədə baş verən zəlzələ 80 ilin ən şiddətli təbiət hadisəi kimi qiymətləndirilib. Hadisədən 6 milyon insanın ziyan gördüyü açıqlanıb.
Samir