İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Mosulda daha bir dəhşətli edam həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular yanacaqdoldurma məntəqəsindən oğurluqda günahlandırılan 18 gənci güllələyib.
Öldürülənlərin hamısının Mosulun Şoredi bölgəsindən olduğu bildirilib.
Digər tərəfdən İraq Türkmən Cəbhəsi (ITC) İcraiyyə Komitəsinin üzvü Nurəddin Kaplan verdiyi açıqlamada Mosulun azad edilməsinin Müqəddəs Ramazan ayından sonar mümkün olacağını deyib.
Samir