Əskişəhərdə yeni doğulmuş körpənin 8 yerindən bıçaqlanmış cəsədi tapılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cəsədi yoldan keçən 17 yaşlı Sonar Muncuq ilə 15 yaşlı yoldaşları Erkan Doğan və Mərd Polad tapıb. Hadisə yerinə gələn polis cəsədi tibbi ekspertiza üçün xəstəxanaya göndərib. Yeni doğulmuş körpənin bədənində 2-si boğazından olmaqla 8 bıçaq yarası aşkar olunub.
Uşağın cəsədi DNT testi aparılması üçün Ankaraya göndərilib.
Polis hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.
Rüstəm