27 Aprel 2015 16:27
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada dəmiryolçular yenidən aksiyaya başlayıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, aprelin 22-də dayandırılan tətil bu gün davam etdirilib. Nümayişçilər hökumətin sərt qənaət tədbirlərinə qarş etirazlarını bildiriblər. Onlar qənaət tədbirləri çərçivəsində maaşların azaldığını və minlərlə işçinin işdən azad olunduğunu bəyan ediblər.

Aksiya səbəbindən bir sıra qatar səfərləri təxirə salınıb.

Polis parlament binasına yürüş təşkil edən aksiyaçılara qarşı güc tətbiq edib. İnsident zamanı nümayişçilərin bəziləri saxlanılıb. Yayılan məlumatlarda toqquşmalar zamanı 3 polisin xəsarət aldığı bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər