Fransanın Macon şəhərində yerləşən məscidə hücum olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə məsciddə yerləşdirilmiş təhlükəsizlik kamerasında əks olunub. Görüntülərdə gecə saatlarında iki nəfərin məscidə yaxınlaşaraq, əlindəki benzini oraya tökdüyü və od vurduğu məlum olub.
Ancaq ilk cəhdlərinin uğursuz olduğunu görən gənclər yaxınlıqdan plastik stullar gətirərək, yenidən məscidi yandırmaq istəyib. Yayılan məlumatlara görə, möcüzə nəticəsində məscid yanmayıb.
Hadisəni isə ilk görən səhər namazına gələnlər olub. Onlar dərhal polisə hadisə ilə bağlı şikayət edib.
Samir