28 Aprel 2015 01:34
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 4 mini ötüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nepalın daxili işlər nazirliyindən bildiriblər.

Məlumata əsasən, 7 min nəfər tibbi yardım üçün səhiyyə müəssisələrinə müraciət edib.

Bununla belə Himalay dağında 4,9-6,9 bal gücündə zəlzələlər davam etməkdədir. Yeraltı təkanların episentrinin Hindistanın Qərbi Benqaliya ştatına keçdiyi bildirilir. Nepal əhalisi isə hələ ki, küçələrdə gecələmək məcburiyyətində qalıb.


Müəllif: