21 May 2014 12:34
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 20-dən etibarən Ukraynanın əksər böyük şəhərlərində Krım tatarlarının lideri Mustafa Krımoğlunun nəhəng bilbordları asılmağa başlayıb.

“Axar.az”ın Ukrayna mediasına istinadən məlumatına görə, plakatlarda Krımoğlunun şəkili ilə bərabər, Krımla bağlı sitatlar da yer alıb.

Prosesə ölkənin qərbindəki Zaparojye vilayətinin Melitopol şəhərindən başlanılıb. Onun bi ifadəsi xüsusilə məşhurdur:

”Biz Krım tatarı icması deyilik, biz öz vətənində yaşayan Krım tatar xalqıyıq. Biz milli azlıq da deyilik, Krımın köklü xalqıyıq”.

Xatırladaq ki, Mustafa Krımoğlu yaxın günlərdə Avropanın mötəbər qurumlarının rəhbər şəxsləri ilə - konkret olaraq, Füle ilə Krım tatarlarının hüquqlarının qorunması ilə bağlı böyük bir tədbirə hazırlaşır.


Müəllif: