21 May 2014 12:20
1 027

Pakistanın Vəziristan vilayətində hərbi hava qüvvələrinin təşkil etdiyi hücum sayəsində 32 Taliban terrorçusu məhv edilib.

Teleqraf.com xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, 25 terrorçunun yaralandığı hücumda talibançıların sığınacaqları bombalanıb.

Qeyd edək ki, öldürülən terrorçular bir müddət əvvəl Peşavar şəhərində və Şimali Vəziristanda hərbiçilərə qarşı bir neçə hücum həyata keçirmişdi.


Müəllif: