ABŞ-ın “SpaceX” şirkəti “TurkmenAlem52E / MonacoSat” adlı ilk türkmən peykini daşıyan Falcon 9 raketini fəzaya buraxıb.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, raket Florida ştatında Kanaveral kosmodromundan start götürüb. Aparatın 15 il işləyəcəyi güman olunur. Bu müddət ərzində o interneti HD ötürməsi xidmətləri ilə təmin etməlidir.
Peyk bilavasitə Türkmənistan ərazisinin üzərində 35 min kilometr hündürlükdə yerləşəcək.
Qeyd edək ki, Fransanın “Thales Alenia Space” şirkəti tərəfindən “Spacebus 4000 C2” peykinin platforması əsasında yaradılmış aparat hələ 2014-cü ildə buraxılmalı idi, lakin bu hadisə dəfələrlə təxirə salınıb.
Samir