Almaniyanın Drezden şəhərində sağyönümlü “Qərbin islamlaşmasına dair vətənpərvər avropalılar” (PEGİDA) hərəkatının çağırışı ilə miqrantlar və müsəlmanlar əleyhinə yenidən nümayiş keçirilib.
Teleqraf.com “Welt Online” qəzetinə istinadən xəbər verir ki, əlverişsiz hava şəraitinə baxmayaraq, aksiyada 3 min nəfər iştirak edib. Onlar millətçi və ksenofob şüarlar səsləndiriblər.
Təhlükəsizlik tədbirləri çərçivəsində nümayişin keçirilidiyi əraziyə 432 polis əməkdaşı cəlb edilib.
Hərəkatın Leypsiq qolu olan “Legida” da İslam əleyhinə aksiya keçirib. Sayca 11-ci etiraz aksiyasına hərəkatın yüzlərlə tərəfdarı qoşulub. Nümayişdə sağçı radikallar da iştirak edib. Aksiyada çıxış edən siyasətçilər qaçqınlarla bağlı siyasət və multikulturalizm əleyhinə fikirlər səsləndiriblər.
Samir