28 Aprel 2015 21:39
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb koalisiyasının “Ənsar Allah” hərəkatının tərəfdarları, husi-şiə üsyançıları və onları dəstəkləyən ordu hissələrinin mövqelərinə və infrastruktura endirdikləri hava zərbələri nəticəsində Yəmənə 32 milyard dollar həcmində zərər dəyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, martın 26-da başlanan “Qətiyyət tufanı” əməliyyatı çərçivəsində Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 3125 yerüstü hədəfə zərbə endirib.

Üsyançıların iddialarına görə, bu zərbələrdən yalnız 137-si hərbi obyektlərə yönəlib. Hava zərbələrinin 644-ü paytaxt Səna şəhəri və onun ətrafına, 525-i isə şimalda yerləşən Saada əyalətinə endirilib. Dağıdılan mülki obyektlər arasında 26 sənaye müəssisəsi, 31 ticarət mərkəzi, 23 məktəb, 21 məscid, 9 hospital, 7 stadion, 5 elektrik stansiyası da var. Bundan əlavə, 7 min ev və 51 dövlət idarəsi də zərər görən obyektlər sırasındadır.

Ərəb koalisiyasının hərbi əməliyyatları nəticəsində həlak olanların və yaralananların 4560 nəfərini mülki şəxslər, yalnız 368-ni hərbçilər təşkil edir.


Müəllif:

Oxşar xəbərlər